Istifadəçi adi və şifrə ilə daxil olun
Hesabınız yoxdur? Hesabınız yoxdur? Hesabınız yoxdur?
Şifrəni unutmusunuz? Yenilə
Bəli, sifarişinizi ləğv etmək istədiyiniz zaman 050 204 90 01 Çağrı Mərkəzinə zəng edə və yaxud WhatsApp nömrəmizə yaza bilərsiniz. Həmçinin, rəsmi “Ehome.az” Facebook və Instagram səhifələrimizdə mesaj bölməsində bizə yazaraq müraciət etməyiniz də mümkündür.
Biz, bizdən əldə olunan istənilən mebelin operativ çatdırılmasını, mərtəbəyə qaldırılmasını və keyfiyyətli quraşdırılmasını həyata keçiririk! Mənzilə (mərtəbəyə) qaldırılma, öz işinə görə tam məsuliyyət daşıyan peşəkar fəhlə briqadası tərəfindən həyata keçirilən əlavə xidmətdir. İlk üç mərtəbə mebelin qiymətinə daxil edilir. Mərtəbə sayına görə əlavə ödəniş tələb oluna bilər. "Ehome.az" saytında təqdim olunan bütün məhsullar Bakı və Xırdalan şəhər ərazisində tamamilə pulsuz çatdırılır və yığılır. Bölgələrə çatdırılma da həyata keçirilir, lakin əlavə ödənişlə və kilometraja əsasən hesablanır. Biz istəyinizə uyğun hər növ mebeli qısa müddət ərzində (sifarişin çətinlik dərəcəsindən asılı olaraq 4-20 gün ərzində) sizin evinizə çatdırırıq.
Çatdırılma xidməti üzrə mütəxəssislər mebelinizi sürətli, təhlükəsiz şəkildə və əlverişli şərtlərlə çatdıracaq. Çatdırılma və quraşdırma vaxtı tərəflərin razılığı əsasında təyin olunur.
Bakı, Binəqədi r-nu, 9 mkr., Mir Cəlal parkı
Ödəniş necə həyata keçirilir?
Sifariş zamanı aşağıda təklif olunan bir neçə ödəmə üsulu arasından sizin üçün ən uyğununu seçə bilərsiniz:
Sifarişi rəsmiləşdirərkən Visa və ya Mastercard kartları vasitəsilə ödəniş metodunu seçin, bundan sonra siz təhlükəsiz ödəniş səhifəsinə keçid alacaqsınız. Visa, Visa Electron, MasterCard, Maestro plastik kart vasitəsi ilə də ödəniş həyata keçirilə bilər.
Sifarişin rəsmiləşdirilməsi zamanı ödənişin bir hissəsi (ümumi məbləğin 30% - i) ölçüyə şirkətin nümayəndəsi gəldiyi zaman, qalan hissəsi isə çatdırılma və quraşdırılma zamanı həyata keçirilir.
Siz, ilkin ödənişi (ümumi məbləğin 30% - i) Binəqədi ray., Mir Cəlal 11c ünvanda yerləşən salonumuza yaxınlaşaraq edə bilərsiniz. Ödənişin qalan hissəsi isə çatdırılma və quraşdırılma zamanı həyata keçirilir.
İstədiyiniz mebeli seçdiyinizdən sonra, menecerimizdən Sizi maraqlandıran məlumatları dəqiqləşdirib, sifarişinizi bizim salonlarımızda rəsmiləşdirə bilərsiniz. Bundan sonra kredit əldə etmək üçün sizinlə müqavilə imzalanacaq. Bunun üçün yalnız şəxsiyyət vəsiqəniz özünüzlə olmalıdır.
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Biz istənilən korpus və ya yumşaq mebelləri təklif edirik. Bununla, uzun müddət, daha əlverişli məqam gözləyərək, mebel alınmasını təxirə salmaq lazım olmayacaq. Şəhərin müxtəlif yerlərində yerləşən salonlarda uyğun olan mebel axtarışına çox vaxt sərf etməyərək, vaxtınıza qənaət edə və sizə gərək olan modeli tapa bilərsiniz. Bizim kredit təklifimiz mebel mağazalarında və ya salonlarda olan kreditdən daha sərfəlidir. Ona görə ki, saytımızda təqdim olunan məhsullar birbaşa istehsalçı-fabriklərdən, digər vasitəçiləri ötərək, tədarük olunur. Bu da o deməkdir ki, bizdə başlanğıç qiymət daha az olacaq.
Bakıda bizim mağazamızla mebeli kreditlə əldə etmək daha sərfəli, rahat və çox sayda alıcılar üçün asan oldu. Hər şey asan, tez və maksimal dərəcədə rahatdır. Artıq banklarda uzun növbədə durmaq və vaxtınızı boş yerə itirməyə gərək qalmadı. Özünüzə dəbli, müəyyən üslubda və keyfiyyətli yumşaq və ya korpus mebelləri almaq imkanından imtina etməyin. Biz sizin bütün istəklərinizi nəzərə alırıq və servisimizi Sizin üçün maksimum dərəcədə asan etməyə çalışırıq.
"Ehome" mağazasında istər nağd, istərsə də kreditlə əldə olunan bütün məhsulların ödənişi yalnız Azərbaycan Respublikasının milli valyutası – Azərbaycan manatı ilə hesablanır.