Çağrı Mərkəzi
Hər gün 24/7
050 204 90 01
Səbət 0
Çağrı Mərkəzi
Hər gün 24/7
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Ağ rəngdə olan metbex mebeli: təmizliyin sirrləri.

Ağ rəngdə olan mətbəx hər dövrə uyğun klassika və kiçik məkan üçün ideal həll yoludur. Lakin bütün müsbət cəhətlərinə baxmayaraq , bir çox evdar xanımları ağ rəngli mətbəxdə təmizliyi necə qorumaq olar kimi sual narahat edir.

Hər şey müqayisədə aşkar olunur.

Bir çoxları hesab edir ki, ağ rəngdə olan, xüsusilə parlaq  mətbəx dəhşətli marka olmalıdır, lakin bu heç də belə deyil. Ağ rəng çox şeyi əfv edir: tünd qəhvəyi, göy rəngləri götürsək, onlarda hər hansı bir toz, su damcıları, barmaq izlərli və cüzi zərrədə çirklənmə daha çox gözə çarpan olacaq, nəyinki ağ rəngin üzərində.

Bundan əlavə bəzən belə fikirə rast gəlmək olar ki, ağ rəngli mətbəxə daha çox diqqət yetirmək lazımdır. Mətbəxin hansı rəngdə olmasından asılı olmayaraq, hərbirisi diqqətə layiqdir. Əgər kirlənmə gozə  görünmürsə, bu demək deyil ki, kirlənmə yoxdur. Mətbəxə vaxtı-vaxtında və düzgün qulluq etsəniz, o da sizə uzun illər ərzində xidmət edəcək.

                                    

                           1-ag_metbex

 

Materiallar.

Mətbəx qarniturun seçmində ən çox rast gəldiyimiz sual: parlaq və ya tutqun fasad?

Ağ parlaq səthin üzərində  kirlənmə daha az, lakin barmaq izlərlə çox nəzərə çarpır. Tutqun fasad ilə isə hər şey əksinədir. Divarlara çatanda, ən yaxşısı təmizlikdə asan olan materiallardan istifadə etməkdir. Yer üçün keramikadan plitka və ya suyadavamlı ağ laminat daha düzgün və yaxşı seçimdir.

 

Təmizlik üzrə məsləhətlər.

Bu məsləhət bütün növ mətbəxlər üçün universaldır. Çalışın ki ləkələri gözləmədən, yerindəcə təmizləyin. Birincisi, ləkə təzə olanda, onu təmizləmək daha asan və rahat olacaq. Ikincisi, kir bəzi səthlərin üzərinə  hopa bilər,bununlada sarımtıl ləkə saxlaya bilər.

Parlaq ağ səth zaman keçdikcə saralmasın deyə, mütləq pəncərələri pərdə ilə örtün. Bu mebeli və bəzək materialları günəş şüalarından qoruyacaq.Əgər sarılıq artıq əmələ gəlibsə, sizə 1 stəkan sirkə, 2 stəkan isti su və 1 x.q. qida sodalı qarışıq kömək edəcək.


                     2-ag-metbex-mebeli-ehome.az


 

Yemək bişirdiyiniz zaman hava təmizləyicini qoşmağa unutmayın.

Yeri yumaqdan əvvəl onu tozsoranla təmizləyin ki, toz və kir əski ilə ona hopmasın. Ən azı ayda bir dəfə bütün ağ rəngdə olan səthləri isti su və qab pastası ilə yuyun və quruyana kimi silin.

Səthi ciza biləcək sərt süngərlərdən istifadə eyməyin.

Bizim kataloqda siz müxtəlif rəng tonlarında və materiallardan mətbəx mebelləri

görə bilərsiniz.