Masa – evdə olan əsas mebellərdən biridir. Onsuz qida qəbulunu , yemək hazırlanmasını, iş
görməyi, stolüstü oyunları, bayram günlərində və ya ailənizlə birgə adi günlərdə
yığıncaqları keçirməyə təsəvvür etmək olmur.
Otağın mebellərlə yerləşdirilməsi üçün bir və ya iki çox funksional model yetərlidir. Bunu
düzgün necə etməsindən bəhz edirik.
Ölçülərdən başlayın.
Masa seçimində ailənin sayına uyğun və məkanın ölçülərini dəqiq bilərək hərəkət etmək
lazımdır. Bu çox önəmlidir. Aşağıda qeyd olunmuş qaydalara uyğun hərəkət edin.
1. Hər adama 60 sm-dan aşağı olmayan səthin enliyi və dərinliyi 40 sm olan səth gərəkdir.
2. Stullar asanlıqla, rahat çəkiməlidir, onların və digər mebellərin arasında keçidin ölçüsü
idealda 100 sm-dan aşağı olmamalıdır.
Formasını təyin edin.
Ən sərfəli və praktik variant – düzbucaq formasıdır. 90-nın 150-yə olan standart ölçüdə
masa 6-10 nəfərin rahatlıqla yerləşməsinə kömək edə bilər. Onu istənilən tərəfdən divar
tərəfə yerləşdirmək və qonaqlar gəldiyi zaman önə gətirmək olar. Dördbucaq formada olan
masa daha mobil variant kimi qəbul olunur. Onu mətbəxdə asanlıqla bir yerdən digər yerə
və ya otaqdan otağa yerləşdirmək mümkündür. Bu cür masa məkanda az yer tutur.
Dairəvi masa – iti küncü olmafığına görə uşaqlı ailələr üçün opyimal variantdır. O gözəl,
incə və nəfis gorsənir, lakin düzbacaq formada olan maslardan az həcmlidir.
Oval formasında masa dairəvi masadan daha rahat və əlverişlidir. Ona görə ki, iti
küncləri olmaması ilə birlikdə, üst taxtası bütün fayadalı sahəsini də saxlayır.
Funksionallıq ilə aydınlaşın
Transformer modellər müxtəlif növdə olan mebellər ilə uyğunlaşmaq və üst taxtasının
həcmini artırmaq imkanını verir. Bu, ona görə rahatdır ki, qonaqları gəbul etdikdə sizə
digər, əlavə masa almaq gərəkli olmayacaq.
Hansı variantlar mövcuddur?
1. Nahar transformer masası. Sadə mətbəx masasıdır, hansında ki üst taxtasını artırılma
imkanı var. Bu cür masa istənilən formada və ölçülərdə ola bilər.
2. Jurnal masa transformer. Məkanda yer qənaəti üçün düzgün variantdır. Yığılcam
vəziyyətdə jurnal masası kimi, açılmış vəziyyətdə isə nahar masası kimi istifadə etmək
olar.
3. Kitab kimi açılan masa. Bu üzərinə dekor elementləri, kitab və digər əşyaları
yerləşdirmək üçün tumbadır. Lakin qonaqlar gəldiyi zaman o böyük açılan masaya çevrilir.
4. Dolab ilə masa. Praktik mebel sevənlər üçün əsl tapıntıdır. Yığılcam şəkildə o, dekor
əşyaları üçün kiçik üst taxtası ilə bir stellajdır. Lakin mizin üst taxtasında tənzimlənmənin
5 dərəcəsi var və 244 sm kimi genişlənə bilər.
Eviniz üçün ideal masa seçmək hazırsınız?
Kataloqumuzda olan modellərlə tanış ola bilərsiniz.