Biz kitab rəflərinin - qonaq otağında, iş otağında və ya kitabxanada olmağına öyrəşmişik. Əslində ən münasib yer bu otaqlar sayılsa da, bəzən sıxıcı ola bilər.
Divar rəflərini siz yalnız mətbəxdə, yemək otağında, deyil, yataq otağında da istifadə edə bilərsiniz.
Niyə yataq otağınızda kitab rəfləri quraşdırmaq maraqlı ola bilər?
Axı, bir çoxumuz yatmazdan əvvəl və ya həftə sonları özümüzü daha rahat yorğan-döşəyə bürüyərək və çarpayının yumşaq başlığına söykənərək oxumağı sevirik. Bu vərdiş rahatlamağınıza, bütün problemlərdən uzaq olmağa, maraqlı bir şey öyrənməyinizə kömək edəcək, həm də beyninizi məşq etdirəcək – yeni sinir əlaqələrini yaratmağa kömək edəcəkdir.
Yuxuya getməmişdən 10-15 dəqiqə qabaq kitab oxumaq həm də rahat yatmağınıza səbəb olacaq.