Çağrı Mərkəzi
Hər gün 24/7
050 204 90 01
Səbət 0
Çağrı Mərkəzi
Hər gün 24/7
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Kitabları harada yerləşdirə bilərsiniz?

Bizim vaxtımızda insanlara elə gəlir ki, internet və elektron kitablar olduğu üçün, kitablar keçmişdə qaldı. Lakin bu belə deyil. Evdə uşaqların olması ilə kitablar ön plana çıxır.

Dolabdan başqa kitabları harada yerləşdirə bilərik ki, onlar lazımi vaxtda əlimizin altında olsun və evimiz səliqəli qalsın?

Stellaj.

Bu ağla gələn ilk fikirdir. Üstünlükləri göz qabağındadır: stellaj dolabdan kiçikdir və mobildir. Stellajı kiçik divar uyuğunda və ya boş küncdə yerləşdirə bilərsiniz. Bundal əlavə, kitablar göz qabağında və lazım olan kitabı tapmaq çətin olmayacaq.


                                   Stellaj-ref-kitab-refi-kitab-polka-polkalari-Ehome.az


 

Asma divar rəfləri.

Divar rəfləri stellajdan daha mobildir.  Rəflər istənilən divarlarda asıla bilər və hətta dekor üçün qonaq otağında istifadə oluna bilər. Rəflər tavanın altında asıla bilər, amma evinizdə pilləkənin olduğuna əmin olun.


                                     Stellaj-ref-kitab-refi-kitab-divar-polka-polkalari-Ehome.az


 

Çarpayı.

Bəzi çarpayılarda böyük bazalar və hətta rəflər olur. Dolablardan fərqli olaraq, mexanizmli çarpayılarda kitablarınızı elə yerləşdirə bilərsiniz ki, hamısı göz qabağında olsun. “Horizontal” kitabxana üçün ideal seçimdir.


                                   Stellaj-ref-kitab-refi-kitab-Ehome.az

 

Pencərə altı.

Pencərənin altında kitablar üçün yer ayıra bilərsiniz. Bu improvizə edilmiş nişanın üstündə, pencərənin yanında, kiçik “divan” düzəltmək mümkündür. Rahat döşəkçələr yerləşdirmək kifayətdir. 
 

Divar.

Otağda kiçik divar varsa, orada yerdən tavana qədər, yenə də asma rəflərdən istifadə etmək olar. Bu olduqca maraqlı və cəlbedici görünür. 


                                    Stellaj-ref-kitab-refi-kitab-Ehome.az