Çağrı Mərkəzi
Hər gün 24/7
050 204 90 01
Səbət 0
Çağrı Mərkəzi
Hər gün 24/7
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Komod interyerdə

Komod – sandığın törəməsi kimi hesab olunur. Fransızlar bu mebeli “commode” adlandırırdılar, hansi ki “rahat” mənasında istifadə olunurdu. Doğrudan da, o əşyaların saxlanmasında sadəcə olaraq əvəzedilməz idi və komodu istənilən otaqda yerləşdirmək olar.

Komod – balaca yerlərdə xilaskar rol oynayır.

Əgər mənzildə yer azdırsa və onu əlavə dolablarla doldurmaq istəmirsənsə. Və bu zaman komod seçimi ideal variantdır. O çox az yer tutur və bu çıxarılan rəflərə görə maksimum şəkildə istifadə üçün yer açılır. Üstəlik onun üzərinə televizor və başqa əşyalarda yerləşdirib işlətmək olar.


                                  


 

Klassik üslubda, provansda və digər interyerlərdə, komod eləcə də dekorun bir elementi kimi də çıxış edir. Onunu üstünə vaza, gül dəstələri qoyur, üzərində gözəl güzgülər və ya şəkillər asırlar. Bu halda əsas olan – orijinal modeli seçmək.


                                    

 

Komoda istənilən otaqda yer tapmaq mümkündür.

Komod üçün ən populyar yer yataq otaqıdır. Burada yataq dəyişəyi və ya paltarlar saxlanılır, yuxarıda isə güzgü asıla və kosmetika vasitələri yerləşdirilə bilər. İkisi biryerdə alınacaq: dolab və makyaj stolu.

Qonaq otağında komod həm televizor altlıqı kimi həm də dekorasiya üçün istifadə etmək olar, alçaq modelləri isə jurnal stolu kimi istifade etmək mümkündür. Dəhlizdə komodun saxlanılması ayaqqabı , baş geyimləri , əlcəklərin saxlanılması rolunu yerinə yetirir.


                                      

 

O uşaq otaqında əşyaların və oyuncaqların saxlanılması üçün əvəzsiz rol oynayır.

Yeşiklərdə onları saxlamaq və ya bağlamaq olar. Bu uşaqların özlərinin geyinməsinə kömək edəcək həmçinin uşaqlar üçündə maraqlı oyuna çevrilmiş olacaq. Hətta bu modellərin bəziləri var ki cavan valideynlər üçün əvəzsiz hesab olunur. Öz interyerinizi daha maraqlı edin və əşyalarınızı rahat qoruyun.