Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Məktəbli üçün iş yerini necə təşkil etmək olar?

Valideynlər uşaqlarından tez -tez "ev tapşırığını etmək istəmirəm" sözlərini eşidirlər. Biz uşaqları ev tapşırıqlarını yerinə yetirmək üçün necə cəlb etməyi və məktəbdə müvəffəqiyyətini artırmağa kömək edəcək amilləri araşdırmağa qərar gəldik.

İş masanın yerləşməsi

İş masanın təbii işıqlandırılması iş qabiliyyətinə təsir edən çox mühüm amildir. Masanı birbaşa pəncərənin qarşısında yerləşdirsəz, parlaq gün işığı və günəş uşağın gözünü qamaşdıra və gözlərin tez yorulmasına səbəb ola bilər.

Pəncərə sağaxay şagirdin masanın solunda, solaxay şagirdin isə sağında olmalıdır. Beləliklə, kölgə yazmağa və oxumağa mane olmayacaq.

ushaq-1-uşaq-mebeli-gənc-genc-desti-dəsti-oturacaq-stol-mebel-mebeller-mebellər-ehome.az

Stolüstü lampa

Otağın işıqlandırmasından asılı olmayaraq yazı masada stolüstü lampa lazımdır.

ushaq-2-uşaq-mebeli-gənc-genc-desti-dəsti-oturacaq-stol-mebel-mebeller-mebellər-ehome.az

 

İş masası

Reallıq budur ki, müasir məktəbli üçün iki masa lazımdır: həm kompüter,  həm də yazı masası. Vəzifə çətin olsa da, lakin yerinə yetirilə bilər. Uşaq otağının sahəsi və şəraiti imkan verdikdə, bir hissəsində rahat və erqonomik şəkildə lampa və digər ofis orqanayzerləri, digər hissəsində isə noutbuk və ya kompüter yerləşdirə biləcəyiniz tandem yazı masanı əldə də bilərsiniz.  Uşaq otağının sahəsi kiçik olduqda, əlavə üfuqi səthi olan bir künc masadan istifadə edilə bilər. Adətən belə modellər artıq sistem bloku, klaviatura üçün yer, kitab və dərsliklər üçün isə çəkməcə və rəflər ilə təchiz olunmuşdur.

ushaq-3-uşaq-mebeli-gənc-genc-desti-dəsti-oturacaq-stol-mebel-mebeller-mebellər-ehome.az

Düzgün seçilmiş oturacaq

Uşaq oturacaqlarının bir çox müasir modellərində hündürlüyü və əyilməsini tənzimləmək olur. Yalnız seçim edərkən bu parametrlərə diqqət yetirin.

ushaq-4-uşaq-mebeli-gənc-genc-desti-dəsti-oturacaq-stol-mebel-mebeller-mebellər-ehome.az

Aksesuar və orqanayzerlər

Məktəblinin iş yeri nadir hallarda mükəmməl qaydada saxlanılır. Dəftər, kitab, qələm və flomasterlərdən xaosa qarşı mübarizədə gözəl və zərif orqanayzerlər kömək edəcəklər. A4 ölçülü bir neçə qab və ya şaquli stend sayəsində uşaq bir neçə saniyə ərzində lazım olan dəftəri və ya albomu tapacaq. Şən və qeyri-adi karandaş və qələm qabı, rəngarəng stikerlər və skoçlar dərs rutini zamanı əhval-ruhiyyəni qaldıracaq.

ushaq-5-uşaq-mebeli-gənc-genc-desti-dəsti-oturacaq-stol-mebel-mebeller-mebellər-ehome.az