Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Ağ mebeli interyerdə necə uyğunlaşdırmaq olar?

Müasir interyerdə ağ rəngdən istifadə getdikcə daha da populyarlaşır. Əvvəllər mebel, qapı və bəzək materiallarında qəhvəyi tonlar üstünlük təşkil edirdi, sonra bej və boz rənglərlə əvəz olundu və indi getdikcə daha çox dizayn layihələr demək olar ki, tamamilə ağ üzərində qurulur.

 albus-divan-desti-dəsti-yumşaq-mebel-mebeller-mebellər-kreslo-ehome.az    samanta-uşaq-mebeli-genc-otağı-mebel-mebeller-mebellər-ehome.az

 

Ağ mətbəx

Ağ rəngli mətbəx mebeli 2020-2021-ci illərin  trendi hesab edilir. Bu rəngdə mətbəx mebeli skandinaviya və klassik üslubda, minimalizm və hay-tek üslublarda istifadə edilir.

Bəs ağ rəngli mətbəx mebelini nə ilə uyğunlaşdırmaq olar?

  • Ağ mətbəx dəsti ağac təqlidi dəzgahlıq və önlük effektli şəkildə tamamlayacaq. Həmçinin peçvork üslublu naxışı olan önlükdəndə istifadə edilə bilər.
  • Ağ mətbəx mebeli parlaq vurğulu divarlar ilə uyğunlaşdırdıqda əla görünür (məsələn, mətbəx masasının yanında).
  • Ağ və qara interyerlər tədricən dəbdən çıxır, amma səliqəli qara aksessuarlarla tamamlanmış ağ rənglərdə mətbəx — bu dəbdədir. Qara dəzgahlıq, qara lampalar və dolab tutacaqları ilə məhdudlaşdırmaq olar.
  • Ağ monoxrom, kiçik və yaxud studiya mətbəx üçün maraqlı bir həlldir. Bu üsul bütün “sərhədləri” vizual olaraq silməyə imkan verir, əsas odur ki, mətbəxin xəstəxanaya çevrilməməsi üçün ağ rəngin müxtəlif çalarlar və teksturadan istifadə edilməsidir.

 metbex-mebeli-mebeller-mebellər-1-ehome.az    metbex-mebeli-mebeller-mebellər-2-ehome.az

 

Ağ rəng qonaq otağında

Bütün otağı ağ rəngdə edə bilərsiniz və ya daha effektli görünüş əldə edilməsi üçün sadəcə ağ rəngində vurğular əlavə etmək olar.

Birinci halda, interyeri parlaq vurğularla - rəngli plakatlar, dekorativ yastıqlar, bitkilərlə seyrətləndirmək lazımdır.

İkinci variantda isə, ağ divan, ağ bir TV stend və ya dolab, ağ bir jurnal masanı seçin və onları ağac, boz və ya pastel rəngli çalarlarla tamamlayın.

 oskar-1-qonaq-mebeli-mebel-mebeller-mebellər-masa-stol-stul-oturacaq-ehome   qonaq-mebeli-mebel-mebeller-mebellər-masa-stol-stul-oturacaq-ehome

 

Ağ rəng yataq otağında

çarpayı, qarderob və tumba demək olar ki, yataq otağının interyerin istənilən rəng sxeminə uyğun olacaq. Arxa plan nə qədər “sakit” olsa, sahə bir o qədər yüngül görsənəcək.

Tekstil də ağ bir yataq otağına rahatlıq verməyə kömək edəcək: boz, bej, ağ rəngli naxışlı yataq dəstləri seçin, ancaq yataq otağını həddindən artıq yükləməmək üçün çox tünd və parlaq rənglərdən istifadə etməyin.

yataq-mebeli-mebel-mebeller-mebellər-dest-dəst-ehome.az   yataq-mebeli-mebel-mebeller-mebellər-dest-dəst-ehome

 

"Ehome.az" da interyerinizə uyğun istənilən rəngdə mebel tapa bilərsiniz!