Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Divan rəngini interyerə uyğun necə seçmək olar?

Divan rəngini interyerə uyğun necə seçmək olar?

Divan həm parametrləri baxımından, həm də praktikliyi sayəsində otaqda əsas element hesab edilir, çünki burada istirahət edir, film izləyir, dostlarımızla söhbət edirik və bu mebel həmişə göz önündədir.

Divanın rəngini necə seçilməlidir ki, interyerə uyğun olsun və ümumiyyətlə onlar uzlaşmalıdırlarmı?

divan-yumşaq-mebel-mebller-mebellər-divan-desti-kreslo-ehome.az   sonik-divan-yumşaq-mebel-mebeller-mebellər-divan-desti-kreslo-ehome.az

Eyni rəng tonuda

Bej və ya boz rənglərdə "fon" interyeri dizaynerlər tərəfindən sevilən trenddir.  Bu cür həlldə hər şey eyni tonda olur döşəmə və divarın tərtibi, mebel və dekor. Belə monoxrom interyer çox rahat görünür. Eyni rənglərin istifadəsinə baxmayaraq, hər bir rəngin bir çox rəng çalarları var və müxtəlif teksturalar böyük rol oynayır. Ümumi interyerin tonuna parça və ya dəri divan seçilə bilər. Velür üzlüklü divan da maraqlı seçim ola bilər.  Velür üzlüklü divan divarla eyni tonda olduqda belə, tamamilə fərqli görünür.

brilliant-divan-yumşaq-mebel-mebeller-mebellər-divan-desti-kreslo-ehome.az   meranti-divan-yumşaq-mebel-mebeller-mebellər-divan-desti-kreslo-ehome.az

 

Kontras
Başqa bir tendensiya böyük bir fon rolunu oynayan ağ, bej, açıq və ya tünd boz rəngli divarlardır. Bu rənglər eyni zamanda hər hansı bir parlaq rəng əlavə etməyə imkan verir. Bu cür tərtiblə divanı istənilən rəng tonuda seçmək olar: qırmızı, göy, sarı, çəhrayı. Kontrastı bir az yumşaltmaq üçün divana divar rəngində dekorativ yastıqlar qoymaq olar.

siena-yumşaq-mebel-mebller-mebellər-divan-desti-kreslo-ehome.az   olivera-yumşaq-mebel-mebller-mebellər-divan-desti-kreslo-ehome.az

 

Rəng birləşmələri

İnteryeriniz yuxarıda təsvir edilənlərə uyğun gəlmirsə, deməli dekorasiya və mebeldə fərqli çalarların birləşməsini seçirsiniz və burada rəng seçməyin əsas qaydalarına riayyət etmək lazımdır hansılar ki, tamamilə fərqli ola bilər!

Aşağıda qeyd oluna birləşmələr dəbdədirlər və bunlara əsaslanaraq divan və dekor seçilə bilər:

  • mavi + qəhvəyi + çəhrayı
  • tozlu çəhrayı + boz yaşıl
  • nanə + zümrüdü + ağ
  • buğdayı + qırmızı rəngin trend çalarları (terrakota, pas, mərcan, kərpic).
  • Bal rəngi + boz

alvis-divan-yumşaq-mebel-mebeller-mebellər-divan-desti-kreslo-ehome.az   siena-divan-yumşaq-mebel-mebeller-mebellər-divan-desti-kreslo-ehome.az

 

"Ehome.az" Sizə yumşaq mebellərin geniş seçimini təqdim edir. Ölçü, rəng və materiallar istəyinizə uyğun dəyişdirilə bilər! İstənilən interyer rənginə uyğun divan modelini “Ehome.az"dan əldə edə bilərsiniz.

Zövqlü divan modelini, çatdırılma ilə birgə, Binəqədi ray., Mir Cəlal 11c ünvanda yerləşən salonumuzdan və yaxud veb saytımızdan (www.ehome.az) sifariş edə bilərsiniz.