Ehome Mebel Dünyası
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Ev kitabxanası üçün stellaj

Kitabları şüşə arxasına qoymaq – qədim üslubdur. Açıq rəflər və gözəl stellajlar isə müasir və dəblidir. Kitablar həmdə interyerə bənzərsiz gözəllik və əsl səliqə əlavə edirlər.

Stellajlar nə cür olur?

Stellajları, şərt olaraq, üç qrupa ayırmaq olur.

1. Arxa hissəsi olanlar və arxa hissəsi olmayan stellajlar.

Ev kitabxanası üçün arxa divarı olan stellaj şkaflar daha çox uyğundur, çünki möhkəm konstruksiyası hesabına böyük çəkiyə tab gətirə bilər.

Kitab az olduqda isə cəsarətlə arxa divarı olmayan stellajlar seçmək olar. Belə konstruksiyalar daha yüngül və zərifdilər.

 

 

2. Döşəmə və divar stellajlar.

Divara vurulan modellər böyük kitabxananın saxlanması üçün nəzərdə tutulub.

3. Açıq rəflərdən və ya qapı/siyirmə ilə.

Stellajlar açıq rəflərdən, bir neçə qapalı rəflərdən və ya sürüşkən qutulardan ibarə olur. Kombinə olunmuş modellər onunla rahatdır ki, onlarda kitab və ya dekor gözəl düzmək olar, qapalı rəfləri isə əşya saxlamaq üçün istifadə etmək olar.

 

 

Təhlükəsizlik

Döşəmə stellajlar şkafladan daha yüngül olduğu üçün, doldurulma ağırlığından asılı olmayaraq mütləq divara bərkitmək lazımdır, bu ailənizi mebel aşma təhlükəsindən qoruyacaq.

Kitablar üçün stellajları harada yerləşdirmək olar?

Qonaq otağı ən aşkar, lakin yeganə variant deyil. Ev kitabxanasını yataq otağında və ya dəhlizdə yerləşdirmək olar.

Bundan əlavə, stellajlar məkanın zonalara ayırılması üçün yaradılmışdır. Onların köməyi ilə yemək otağını, kabinetləri, qonaq otağı ilə birləşən yataq otağını, dərs etmək üçün uşaq otağında yerləşən zonanı ayırmaq mümkündür.

 

 

Stellajları nə ilə bəzəmək olar?

  • Kitabları sayı çox olduqda onları, dekor elementlərini əlavə edərək, bəzəmək olar. Bir neçə boş yer saxlayaraq, oraya fotolar, güldanlar və gözə xoş olan kiçik heykəllər yerləşdirmək olar. Lakin bu işə çox həssas yanaşmaq lazımdır: balaca detalların bolluğu xaos hissini yarada bilər. Ən yaxşısı – bir ölçücə iri əşyanı stellajda qalan boşluğa yerləşdirməkdir.
  • Kitabları xüsusi bir rəng qammaya uyğun yerləşdirmək olar. Bu halda kitabxananız parlaq bir dekor əlamətinə çevriləcək. Rəng seçimi çox da geniş deyilsə, bir-iki rəfin üzərində “göy qurşağı”-nı yaradın, qalanlarını isə monoxrom vəziyyətdə saxlayın. .
  • Arxa fonda olan stendi bəzəyin. Bütün rəflər dolmasa, stellajın stendinə içərdən rəngli oboy və ya rəngli kartonu iki tərəfli skotçun köməyi ilə bərkitmək olar.
  • Qeyri-adi modeli seçin ki, interyerinizdə bir aksent olsun. Bu halda, əlavə bəzəklərə ehtiyac olmayacaq.

 

Saytımızda, Stellaj bölməsində, Siz interyeriniz üçün asanlıqla istədiyiniz modeli tapa bilərsiniz.