Ehome Mebel Dünyası
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Çağrı Mərkəzi
Hər gün 09:00 - 21:00
050 204 90 01
Səbət
Cəmi: 0 AZN
Seçilmişlər
Məhsulların müqayisəsi
Məhsulların müqayisəsində məhsul yoxdur
...
Uşaq otağını münasib qiymətə necə yeniləmək olar?

Uşaq otağı – dizayn və rənglə eksperiment etmək üçün ideal sahədir və bunun üçün çoxlu pul xərcləməyə gərək yoxdur. Böyük dəyişikliklərə hazırsınızsa Ehome.az Sizlərə uşaq otağını yeniləmək üçün 5 sadə yol təqdim edir.

 

Tekstili yeniləyin

Pərdə, yataq örtüyü və yataq dəsti otağın interyerində ən çox görünən hissələrdən biridir. Beləliklə siz tekstili dəyişib, interyerdə asanlıqla yenilik təəssüratı yaradırsınız. Pərdə və yataq örtüyü üçün yeni bir rəng seçmək kifayətdir (müxtəlif rəngdə bir neçə dəst seçin və onları mövsümlə dəyişə bilərsiniz).

 

 

Divarları yeniləyin

Otağın təəssüratı istifadə olan rənglərdən asılıdır, belə ki, divarın rəngində hər hansısa dəyişiklik otaq atmosferi və üslubunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Uşaqlar böyüyür, önların zövgü və sevimli rəngləri dəyişir, belə ki, uşaqlarınızın sevdiyi rəngdə divarları (və ya ən azı bir divarı) rəngləyib, siz yalnız otağı yeniləməyə yox, həm də daha sevimli edirsiniz.

 

Stikerlərdən istifadə edin

Vinil stikerləri və divar etiketləri uşaq otağında əsl hitdir: nağıl qəhramanları və qeyri adi əşyalar, sehrli ağaclar və güllər, ələcə də bir çox başqa etiketlər uşaq otağının daxili hissəsini yeniləmək, dostluq atmosferi yaratmaq və zəruri hallarda oboyun üzərində uşaq rəsmlərini gizlətmək üçün kömək edəcəklər. Vinil etiketlər istənilən yerə yapışdırılır, nəmə dözümlü və münasib qiymətədir. Onları soymaq və əvəz etmək çox asandır.

 

 

Yerdəyişmə edin

İnteryeridə dəyişiklik etmək üçün mebellərin yerlərini dəyişmək kifayətdir.
Otaqa baxın və daha da rahat etmək üçün yerdəyişmə edin. Siz yalnız bir neçə əşyaların yerlərini dəyişdirsəniz, bütün atağın görüntüsü bir az fərqli olacaq.

 

Rəflər əlavə edin

Uşaq böyüdükcə, onun otağında kitab, dərslik və dəftər çoxalır. Vaxtında uşaq otağına geniş stellaj yerləşdirilməyibsə, Siz divarlarda bir neçə rəflərdən istifadə edə bilərsiniz.