Ehome.az” mebel fabriki sizə daha yaxşı məhsullar təklif etmək üçün gündən-günə öz çeşidini çoxaldır və mütəxəssislərin ixtisasını artırır.  Dünya mebel sərgilərində mütəmadi olaraq iştirak etməklə, biz ən son mebel bazarında olan tendensiaları öz layihələrimizdə istifadə etmiş oluruq. Biz nəinki keyfiyyətli mebel istehsal edirik, həmçinin funksionallığa böyük yer veririk.

Biz Azərbaycanda ilk şirkətik ki mətbəx mebelləri və özəl sifarişlə hazırlanan bütün növ mebelləri istehsal edib və satışını internetdən həyata keçiririk.

Ehome.az mebel fabriki istənilən zövqə uyğun mebel istehsal edir. Saytımızda fərdi sifarişlə istehsal olunan mətbəx mebelləri zəngin çeşiddə təqdim olunub. Bizim mətbəx mebellərinin fasadlarının əsas hissəsi yalnız ekoloji cəhətdən təhlükəsiz Türkiyənin ən qabaqcıl istehsalçıları tərəfindən hazırlanıb. Aksesuar  və yarımməmul elementlərinin böyük çeşiddə olması mətbəx dəstlərini otağın ölçülərindən asılı olmayaraq, hər bir ölçüdə istehsal etməyə imkan verir. Bundan başqa, biz yüksək keyfiyyətli türk materiallarından panel və yumşaq mebel (dəhlizlər, qonaq və yataq otaqları) istehsal edirik.

Biz sizi öz qiymətlərimizlə sevindirəcəyik. Çünki Fabrikimiz əlverişli qiymətlərə,  keyfiyyətli məhsullar təklif etmək imkanı verir, siz  isə pulunuza qənaət etmiş olursunuz.

 

Sizin üstünlükləriniz

1. Rahat sifariş. Sizin seçə bilməyiniz üçün Sizə uyğun olan 200 növdən çox mebel şəkili olan kataloqumuz mövcuddur.

2. Əlavə çətinlik olmadan. Sadəcə bizim mütəxəssisə müraciət edin və mebeliniz tamamilə ödənişsiz evinizə çatdırılacaq (hətta 5 gün ərzində).

3. Sərfəli. Alış prosesi vasitəçisiz olduğuna görə, siz mebelləri minimal qiymətə sifariş verə bilərsiz.

4. İstehsalçıdan. Biz mebeli sifarişçinin istəyinə uyğun ölçüdə hazırlayır, montaj və xarici görünüşlə bağlı heç bir problemin yaranmayacağına zəmanət veririk.

5. Məhz sizin üçün! Məhsulun məhz sizin üçün hazırlanması hər zaman xoşdur, elə deyilmi? Xüsusən də, söhbət Sizin arzuladığınız mebeldən gedirsə.

 

Fərdi ölçülərlə mətbəx mebelin sifarişi üçün 5 sadə addım

1. Otağın ölçülərini götürürük (mütəxəssisin gəlişi ödənişsizdir).

2.Layihənin dizaynı razılaşdırılır, materiallar, aksesuarlar və məbləğ dəqiqləşdirilir.

3. Mebelinizi hazırlayırıq (yeri gəlmişkən 5 gündən başlayaraq).

4. Mebelinizi evinizə çatdırır və quraşdırırıq.

5. Çay içirik 😉

 

 

Ehome.az Bakıda (baş ofis)

Bakı, Binəqədi r-nu, 9 mkr., Mir Cəlal parkı

Ehome.az Xırdalanda

Xırdalan, Heydər Əliyev prosp., məh.31, bina 3