“Ehome” Mebel Fabriki

“Ehome” mebel fabriki sizə daha yaxşı məhsullar təklif etmək üçün gündən-günə öz çeşidini genişləndirir və mütəxəssislərin ixtisasını artırır. Dünya mebel sərgilərində mütamadi olaraq iştirak etməklə, biz ən son mebel bazarında olan tendensiaları öz layihələrimizdə istifadə etmiş oluruq. Biz nəinki keyfiyyətli mebel istehsal edirik, həmçinin funksionalliğa böyük yer veririk.

“Ehome” mebel fabriki istənilən zövqə uyğun mebel istehsal edir. Saytımızda, fərdi sifarişlə istehsal olunan mebellər zəngin çeşiddə təqdim olunub. İstehsal zamanı yalnız ekoloji cəhətdən təhlükəsiz, Türkiyənin ən qabağçıl istehsalçıları tərəfindən hazırlanan materiallardan istifadə olunur. Aksesuar və yarımməmul elementlərinin böyük çeşiddə olması mebelləri, otağın ölçülərindən asılı olmayaraq, hər bir ölçüdə istehsal etməyə imkan verir. Biz yüksək keyfiyyətli türk materiallarından yumşaq və panel mebelləri (mətbəx, dəhliz, uşaq, qonaq və yataq mebelləri) istehsal edirik.

Eyni zamanda fabrikimiz müasir standartlara uyğun olaraq ofis, məktəb, kafe, restoran, salon və digər mebellərin sifarişlə istehsalını həyata keçirdir.

Layihələr

BİGBRO Barbershop

Bakida ilk dəfə açılan rəsmi Barbershop filialın “Ehome.az” tərəfindən təhvil verdiklərimiz mebelləri təqdim edirik. Mebelərin dizaynı Rusiyadan Barbershop nümayəndəliyi tərəfindən hazırlanıb.

Ehome Mebel Fabriki tərəfindən təhvil verilən məhsullar: Resepşn, Divan, Asılqan, Divar rəfi, Jurnal masa.

Magic Touch salonu

Ehome Mebel Fabriki tərəfindən təhvil verilən məhsullar:  Resepşn, Divan, Kreslolar, Jurnal masalar, Divar rəfləri və Divar yazıları.